Qəzzaya yardım karvanında bir ingilis müsəlmanlığı qəbul etdi
31 May 2010 Bazar Ertəsi 06:50
Adını Məhəmməd Fateh kimi dəyişdirən ingilis, İsrail rejiminin etirazlarından qorxmadığını, yardımları tezliklə Qəzzaya çatdıracaqlarını bildirib.
Qəzzaya humanitar yardım aparan gəmi karvanında İngiltərədən gəlmiş 63 yaşlı Venner adlı vətəndaş İslamı dinini qəbul edib. Adını Məhəmməd Fateh kimi dəyişdirən ingilis, İsrail rejiminin etirazlarından qorxmadığını, yardımları tezliklə Qəzzaya çatdıracaqlarını bildirib. İslamı öz istəyi ilə qəbul etdiyini deyən Məhəmməd, İngiltərədə müsəlman dostlarının olduğunu və onlarla birlikdə bir neçə dəfə məscidə getdiyini bildirib. Gəmidə İslam dinini qəbul etməsindən danışan Məhəmməd, pakistanlı bir yaxın dostuna müsəlman olmaq istədiyini bildirib və onun vasitəsilə bu mübarək məqama çatdığını qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: