Qəzzaya göndərilən bütün yardımlara Türkiyə nəzarət edəcək
16 İyun 2010 Çərşənbə 05:00
Livanda nəşr olunan qəzetlərdən biri Türkiyə ilə İsrail arasında bu istiqamətdə saziş imzalanacağını bildirib.
“Türkiyə ilə İsrail arasında imzalanacaq sazişə görə, Qəzzaya göndərilən bütün humanitar yardlmların nəzarəti və məsuliyyəti Türkiyəyə aid olacaq”. Bu iddianı Livanın “əd-Diyar” qəzeti irəli sürüb. Sazişə görə, Qəzzaya girən silah və pulun “Həmas” təşkilatının əlinə keçməsinin qarşısını almaq da Türkiyənin öhdəliyindədir.

Qəzet ərəb diplomatik mənbələrinə istinad etdiyi xəbərdə Türkiyənin Qəzzaya tətbiq edilən embarqonun ləğv olunmasında əhəmiyyətli rol oynayacağını, İsrail ilə ərəb dünyası arasında gələcəkdə vasitəçilik missiyasını yerinə yetirməsinin istisna olunmadığını yazıb.

Qeyd edək ki, Misir tərəfindən nəzarətdə saxlanılan Refah qapısı xaric Qəzzanın bütün giriş və çıxışları İsrailin nəzarətindədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar