Qəzzanın əliyalın istehkamçıları
10 Avqust 2014 Bazar 08:42
Qəzza küçələrində bombalar, raketlər, tanklar zibil kimi...
İsrail aviazərbələrinin təhlükəsindən savayı Qəzza camaatın daha bir təhlükə narahat edir - partlamayan raket və bombalar.

ANS PRESS-in məlumatına görə, mərdliyi ilə seçilən fələstinlilərin istehkamçıları da özünəməxsusdur. Burada hər cür avadanlıqla təchiz olunmuş, xüsusi təzyiqədavamlı forma ilə təchiz olunmuş istehkamçıdan söz gedə bilməz. Əliyalın mərd insanlar öz həyatlarını riskə ataraq Qəzza küçələrini daha təhlükəsiz etməyə çalışırlar.

Qeyd edək ki, iyulun əvvəllərində İsrailin "Qoruyucu Cinah" əməliyyatı (Operation Protective Edge) başlanandan bəri əksəriyyəti mülkilər olan 1900-dən çox fələstinli həlak olub. Həlak olan 66 israillidən 64-ü əsgərdir və onlar islamçı Həmas qrupu silahlılarının raketlərini və tunellərini məhv etmək üçün keçirilən əməliyyatda öldürülüblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar