Qəzzadakı jurnalistlərə şok mesaj
20 İyul 2014 Bazar 03:49
İsrail baş verə biləcək hadisələrə görə məsuliyyət daşımayacağını açıqlayıb.
İsrail mətbuat ofisi Qəzzada olan bütün jurnalistlərə elektron məktubla xəbərdarlıq göndərib.
ANS PRESS-in məlumatına görə, elektron məktubda Qəzzanın heç bir nöqtəsinin etibarlı olmadığı, jurnalistlərin Həmas tərəfindən qalxan olaraq istifadə edildiyi, bölgədə jurnalistlik fəaliyyəti ilə məşğul olmağın həyati risk daşıdığını və başlarına gələn hər hansı bir hadisəyə İsrailin məsul olmayacağı ifadə edilib. Bu səbəbdən jurnalistlərin dərhal Qəzzanı tərk etmələri istənilib.
Qeyd edək ki, İsrail mətbuat ofisi ilk dəfədir bu tərz bir məlumatla jurnalistlərə müraciət edir.
DOSTLARINLA PAYLAŞ: