Qəzzada yeni qırğın: ən azı 25 ölü
01 Avqust 2014 Cümə 16:29
İsrail ordusu Qəzzada elan olunmuş atəşkəs rejimini pozub. Atəşkəs elan edildikdən 3 saat sonra hücuma keçdi.
İsrail ordusu Qəzzada elan olunmuş atəşkəs rejimini pozub. ANS PRESS-in məlumatına görə, İsrail ordusu Qəzzanın cənubundakı Refah şəhərini artilleriya atəşinə tutub.

Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, hücumlar nəticəsində ən azı 25 nəfər ölüb. Onların çoxunun uşaq və qadın olduğu bildirilir. Onlarla fələstinli yaralanıb.

İsrail hökuməti də hücumlarla bağlı açıqlama verib. Bildirilir ki, Qəzza bölgəsində bu gün səhər saatlarında əldə olunmuş atəşkəs rejiminin müddəti başa çatıb: “Qarşı tərəf atəşkəs rejimini pozub”.

Qeyd edək ki, bu gün səhər 8:00-dan etibarən İsrail və “Həmas” arasında 72 saatlıq atəşkəs elan edilmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar