Qəzzada ölü sayı 1700 oldu
03 Avqust 2014 Bazar 23:19
27 gün ərzində 1700 fələstinli, 70 israilli həlak olub.
İsrail ordusunun Qəzza zolağına aviazərbələri nəticəsində daha bir BMT məktəbi və “Həmas” döyüşçülərinin qaldığı deyilən 2 mərtəbəli bina da dağıdılıb.

ANS TV-nin məlumatına görə, Rəfah şəhərində fələstinli qaçqınlar üçün sığınacağa çevrilmiş məktəbə hücum nəticəsində 10 nəfər ölüb, 35 nəfər isə yaralanıb. İsrail ordusu təkcə bu gün Qəzza zolağına 180 aviazərbə endirdiyini açıqlayıb.

Əməliyyatların davam etdiyi 27 gün ərzində 1700-dən çox fələstinli həlak olub, İsrail ordusu isə 70-dən çox itki verib. İsrail quru qoşunları və ağır texnikası Qəzza zolağının mərkəzi rayonlarını tərk edərək, sərhədyanı ərazilərə geri çəkilib. Baxmayaraq, İsrail baş naziri Benyamin Netanyahu İsrail vətəndaşlarının sakit yaşayışı bərpa olunana kimi İsrail qoşunlarının döyüşləri davam etdirəcəyini deyib.

Benyamin Netanyahunun sözlərinə görə, ordu əməliyyatları davam etdirir: “Ordu İsrail vətəndaşlarının təhlükəsizliyini təmin edənə kimi əməliyyatları davam etdirəcək”.

İsrailin Qəzzaya hücumu yenidən etirazlarla qarşılanıb. Paris küçələrinə toplaşan minlərlə insan İsrailə qarşı şüarlar səsləndiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar