Qəzzada ölü sayı 1359 oldu
31 İyul 2014 Cümə Axşamı 13:12
Qəzzada ölü sayı 1359 oldu. Əməliyyatlar nəticəsində təkcə ötən gün 129 nəfər ölüb.
Qəzzada İsrail hücumu nəticəsində həyatını itirənlərin sayı 1359-a çatdı.

ANS PRESS-in məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi sözçüsü Əşrəf əl-Kudra İsrailin havadan və qurudan davam etdirdiyi hücumlarda, səhər saatlarından bu yana 129 Fələstinlinin həyatını itirdiyini, 460-ının da yaralandığını bildirib.

Kudra son ölümləri də nəzərə alaraq 7 iyulda başlayan hücumlarda ölənlərin sayının 1359-a çatdığını, 7 min 677 adamın yaralandığını irəli sürdü.

Qeyd edək ki, BMT qərarlarına daha əvvəl dəfələrlə uymamış olan İsrail, 7 iyul Bazar ertəsi günü "Qoruyucu Xətt" adıyla Qəzzaya istiqamətli hava və dənizdən hücumlara başlayıb.

17 İyul Cümə axşamı günü də qurudan hücuma keçib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar