Qəzzada jurnalistlər ölümdən döndü
18 Noyabr 2012 Bazar 14:03
Mətbuat nümayəndəlikləri olan binaya raket atılıb
İsrail hərbi təyyarələri Qəzzadakı mətbuat ofislərinin də olduğu Şuva Hasri binasını bombalayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə yerində çəkiliş aparan "Anadolu" xəbər agentliyinin də jurnalistləri ölümdən dönüblər. Belə ki, binadan qopan hissələr jurnalistlərə xəsarət yetirib. Belə ki, operatorun qolu qırılıb. Müxbir və sürücü isə nisbətən yüngül xəsarət alıblar.
Hücumdan sonra Qüds telekanalının 3 əməkdaşının yaralandığı açıqlanıb. Yaralılar xəstəxanaya çatdırılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar