Qəzza şəhərində minlərlə fələstinli yürüş keçirərək "Həmas" və "Fəth" qruplaşmalarını barışığa çağırıblar. Fələstin Azadlığı Xalq Cəbhəsinin təşkil etdiyi yürüşdə nümayişçilərin tələbi iki qruplaşma arasındakı uçuruma birdəfəlik son qoymaq olub. Yürüş iştirakçıları Fələstin bayrağını dalğalandıraraq, "döyüşlərə son qoyaq", "dialoqa gəlin" və sair şüarlar olan plakatlar tutublar.
Xatırladaq ki, hər iki qruplaşmanın barışığı üçün Misirdə keçirilən danışıqlar nəticəsiz qalmışdı. "Fəth"in əsas tələbi "Həmas"ın İsraili tanıması, zorakılıqdan imtina etməsi və İsraillə Fələstin arasında oan razılaşmaları qəbul etməsi olub. İki qruplaşmanın bir araya gələ bilməməsi vahid Fələstin dövlətinn yaradılmasında böyük əngəllər yaradır.
Qərb dövlətləri tərəfindən dəstəklənən Abbas İsraillə sülh danışıqlarına getməyə razı olduğu halda, "Həmas" ümumiyyətlə yəhudi dövlətinin mövcud olma hüququnu tanımır./ANS TV/