Qəzzada 10 jurnalist öldürüldü
04 Avqust 2014 Bazar Ertəsi 12:11
Bir gündə 3 jurnalistin öldüyü 30 iyul tarixi onlar üçün ən qanlı gün olub.
İsrail ordusunun Qəzzada hərbi əməliyyatlara başladığı 7 iyuldan bəri bu yerdə 10 jurnalist öldürülüb. ANS PRESS-in xəbərinə görə, bu barədə Fələstin Radio Televiziyası Şurasının yaydığı hesabatda bildirilib.
Hesabatda, əməliyyatlar nəticəsində 10 jurnalistin öldürüldüyü, 38-nin yaralandığı, 12 mətbuat mərkəzi, jurnalistlərə aid nəqliyyat vasitələrinin və jurnalistlərin olduğu 16 evin hədəfə götürüldüyü qeyd edilib.
Həmçinin bir gündə 3 jurnalistin öldüyü 30 iyul tarixinin ən qanlı gün olduğu bildirilib.
Hesabatı şərh edən Fələstin Jurnalistlər Həmkarlar İttifaqı sədrinin müavini Təhsin əl Astal Qəzzada baş verənlərin dünya ictimaiyyətinə çatdırılmaması üçün jurnalistlərin məqsədli olaraq hədəfə götürüldüyünü deyib.
Qeyd edək ki, İsrailin Qəzzaya qarşı havadan, dənizdən və qurudan başlatdığı əməlioyyatlar nəticəsində indiyə qədər 1 830 nəfər ölüb, 9 37 nəfər isə yaralanıb.
DOSTLARINLA PAYLAŞ: