Qəzza zolağında üç nəfər edam olunub
18 May 2010 Çərşənbə Axşamı 20:45
Onların hər üçü qətldə təqsirli bilinib.
Qəzza zolağında qətldə təqsirli bilinən üç nəfər şəxs edam edilib. “Associated Press”in yaydığıl məlumata görə, edam hökmünü bölgəni nəzarətdə saxlayan HƏMAS hərəkatının üzvləri icra ediblər.
Öldürülən şəxslərdən biri 2003-cü ildə Fələstin ərazsində gənc bir qadının qətlində təqsirli bilinib. Edam cəzasının icrasından öncə cinayətin qurbanı olmuş şəxslərin ailələri ilə əlaqə yaradılıb və onlardan cinayətkarları bağışlayıb-bağışlamamaları yaxud qan haqqı tələb etmələri dəqiqləşdirilib. Hər üç şəxs barəsində zərərçəkmişlər mənfi cavab verdikdən sonra edam hökmləri icra olunub. Şəriət qanunlarına əsasən zərərçəkmiş tərəf qatili bağışlayarsa yaxud öldürülən şəxs üçün qan haqqı tələb edərsə edam hökmü icra olunmur.
Hər üç şəxs edam edildikdən sonra onların cəsədləri Qəzza zolağındakı Şəfa xəstəxanasının önünə atılıb. “Onlar digərləri üçün dərs olacaq”,-deyə HƏMAS-ın Daxili İşlər Naziriliyindən məsələ ilə bağlı bildirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: