Qəzza yardım karvanında səyahət edən ataya son məktub
11 İyun 2010 Cümə 04:25
“Bir yetimin gülməsi üçün, bir ananın duası üçün get ata!”.
İsrail hərbçiləri tərəfindən şəhid edilən Çingiz Songür yardım karvanına İzmirdən qoşulmuşdu. Məlumata görə, Qəzzaya “Mavi Mərmərə” gəmisində humanitar yardımla birlikdə yardım könüllülərinin ailələri tərəfindən qəzzalılara yazılan məktubları aparırdı. Songür səyahət vaxtı cibindən 6 qızından hansının yazdığını bilmədiyi məktub tapmışdı. Məktubun hər sətri yardım könüllüsü atanı bu səyahətə təşviq edir:

“Əslində sənə demək istədiyim yüzlərlə söz var. Amma Fələstin deyildiyi vaxt və o səyahətə gedən də sən olduğun üçün kəlmələr ağzımda düyünlənir. Qorxuram ata! Bacılarımın gözündəki kədəri, anamın ürəyindəki təşvişi gördükcə qorxuram! Amma nəticədə səni itirsək də get ata! Bir yetimin gülməsi üçün, bir ananın duası üçün get ata! Geriyə sadəcə adın qayıtsa da get ata! Sənin qızın olmaq çox gözəldir ata!” ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar