Qəzaya uğramış «A330»un daha üç sərnişinin cəsədi tapılıb
07 İyun 2009 Bazar 19:50
Beləliklə, Fransanın "Air France" aviaşirkətinə məxsus təyyarənin cəsədi tapılmış sərnişinlərinin sayı beşə çatıb

 

İyunun 1-də Atlantik okeanı üzərində qəzaya uğrayan Fransanın "Air France" aviaşirkətinə məxsus A330 təyyarəsinin göyərtəsində olan sərnişinlərin daha üçünün cəsədi aşkar edilib. Bu barədə məlumatı "AFP"yə istinadən ANS PRESS yayıb.

Daha əvvəl isə Braziliya sahillərindən 900 kilometr aralı olan bu rayonda iki kişi meyiti və içində həmin reysə bilet olan portfel tapılmışdı.

Xatırladaq ki, təyyarə Rio-de-Janeyrodan Parisin "Şarl de Qol" hava limanına uçarkən Atlantik okeanı üzərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 228 nəfər olub. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar