Mən yolun bir tərəfdən digər tərəfə keşərkən diqqətsiz və fikirli olduğum üçün məni maşın vurub.
Türkiyə Ağrı vilayətinin Patnos rayonunda qeyri-adi hadisə baş verib. Yerli mətbuatın yaydığı məlumata görə, yoldan keçən küçə itini vuraraq ölümünə səbəb olan Abdulməcid Şən adlı sürücü qəza protokolunun müvafiq hissələrini öldürdüyü itin adından özü doldurub. Məlumata görə, protokolun “Avtomobil-A” hissəsində özü barədə məlumatları yazan Şən, “Avtomobil-B” hissəsində it barədə məlumatları yazaraq ölmüş itin təqsiri qəbul etdiyini göstərməyə çalışıb.
Qeyd edək ki, sürücü “Avtomobil-B” hissəsində ad-soyad qisminə “it”, marka qisminə “çoban iti”, istifadə şəkli qisminə “avara” yazıb. “Ağıllı” sürücü qeydlər qismində isə, “Mən kəndin yolunda bir tərəfdən digər tərəfə keşərkən diqqətsiz və fikirli olduğum üçün məni maşın vurub. Təqsir də, günah da məndədir” – yazıb.
“İtin yazdığı ifadə”nin altına öz imzasını qoyan Abdulməcid Şən protokolun üstündə ölmüş itin şəklini də çəkib.