Qeyri-adi SMS: “Arvadınız ölkəni tərk etdi”
07 Avqust 2010 Şənbə 05:45
“Səudiyyə Ərəbistanında texnikadan təzyiq vasitəsi kimi istifadə olunur”.
Səudiyyə Ərəbistanında (S.Ə.) həyat yoldaşları və qızları ölkəni tərk etdiyi vaxt kişinin mobil telefonuna xəbərdarlıq ismarıcı göndərilir. Məlumata görə, texnologiyanın ən son naliyyətləri belə bu ölkədə sadəcə təzyiq vasitəsi kimi istifadə olunur.

S.Ə. vətəndaşı Vəcihə əl Huvayder tətil üçün ailəsi ilə birlikdə ölkədən ayrıldığı vaxt ərinin mobil telefonuna Xarici işlər nazirliyindən ismarıc göndərildiyini bildirib. Huvayder texnikanın insanlara, xüsusilə də qadınlara əzab verdiyini deyib: “S.Ə.-də texnikadan məqsədəuyğun şəkildə istifadə olunmur. Bu ölkədə texnika daha çox təzyiq vasitəsidir və insanlara əzab verir. Texnikadan insanların, əsasən də qadınların həyatlarını nəzarətdə saxlamaq üçün istifadə olunur”.

S.Ə. rəsmiləri isə belə tədbir görərək nə əldə etmək istədiklərini açıqlaya bilmirlər. Çünki hava limanından xaricə çıxmaq istəyən bir qadın onsuzda ölkəni tərk etmək üçün ərindən izn aldığını göstərən sənədi sərhədçilərə təqdim edir.

Bundan başqa, bu ismarıcdan sonra ərin öz fikrini dəyişdirməsi də heç nə ifadə etmir. Çünki ismarıc qadının və ya qızın yerini göstərmir, onun sadəcə ölkəni tərk etdiyini xəbər verir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar