Ən yaxşı çay dəmləmə müsabiqəsinin qalibinə 1 ton çay verildi.
Türkiyədə çayın vətəni sayılan Rize şəhərində “Ən yaxşı çay dəmləmə müsabiqəsi” keçirilib. Rize bələdiyyəsinin yay şənlikləri çərçivəsində Rizü ticarət birjası tərəfindən təşkil olunan müsabiqənin 100-dən çox iştirakçısı olub. Bir həftə davam edən müsabiqədə 6 nəfərlik münsiflər heyəti dəmləmə, dad və təqdim edilmə kimi meyadları diqqətə alaraq ən yaxşı çayə müəyyən etməyə çalışıb. Müsabiqədə 88 balla ilk yeri tutan Murad Avhan 1 ton quru çayla mükafatlandırılıb.
Verdiyi müsahibədən müsabiqə qalibinin aldığı mükafata görə sevindiyini demək çətindir. “Bir qismini dost tanışa paylayacağam. Bir qismini də özüm dəmləyib içəcəyəm. Qalanını da vannaya boşaldaraq çay vannasımı qəbul edəcəyəm? Bilmirəm!”
Qeyd edək ki, mükafat qalibə 500 qramlıq 2 000 ədəd paket halında verilib.