Qeyri-adi etiraz aksiyası
19 İyun 2010 Şənbə 20:25
Aksiyada yuyucu vasitədən istifadə edilib.
Rostovda əhalinin diqqətini şəhərin ekololji problemlərinə cəlb etmək istəyən etirazçılar icazəsiz aksiya keçirmək üçün qeyri-adi üsuldan istifadə ediblər. Özləri ilə gətirdikləri bir neçə litr həcmində yuyucu vasitəni şəhər fontanının içərisinə tökən etirazçılar bir neçə dəqiqə sonra bütün ətrafın köpüklə örtülməsinə səbəb olublar.
Heç vaxt fontanın içərisinə girməyi ağlına belə gətirməyənlər də, etirazçılara qoşularaq fontanın içərisinə girib köpüklə əylənməyə başlayıblar. Musiqi Teatrının qarşısındakı fontanın köpükləndiyini görən yüzlərlə şəhər sakini köpüklə oynayanlara qoşulub.
Bu aksiyadan ən çox əziyyət çəkənlər isə şəhərin kommunal işçiləri olublar. Onlar səhərə qədər fontanın suyunu və köpüyü təmizləməklə məşğul olublar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: