Qətər şeyxi ovda həlak olub
06 Dekabr 2010 Bazar Ertəsi 10:50
Xəlifə ibn Abdulla Əl-Tani yol qəzası nəticəsində dünyasını dəyişib
İraqda baş verən avtomobil qəzası nəticəsində Qətəri idarə edən əmir ailəsinin üzvü, şeyx Xəlifə ibn Abdulla Əl-Tani həlak olub. İnsident bazar günü İraqın Ənbar əyalətində qeydə alınıb. Hadisə 20 yaşlı şeyxin Ənbar əyalətinin mərkəzi şəhəri Ramadanın 200 km yaxınlığında səhrada avtomobillə ova çıxan zaman baş verib.

Ovu izləyən şeyx avtomobilinin idarə etməsini itirib. Bundan sonra avtomobil yoldan çıxaraq bir neçə dəfə fırlanaraq aşıb. Şeyx Xəlifə dərhal xəstəxanaya çatdırılıb. Ancaq həkimlər daxili qanaxma nəticəsində şeyxin həyatını xilas etməyə müvəffəq olmayıblar.

Mərhumun Qətərin əmiri Hamad ibn Xəlifə Əl-Tani ilə necə qohum olması barədə isə məlumat verilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar