Qətər hava yollarına aid təyyarənin pilotu havada öldü
14 Oktyabr 2010 Cümə Axşamı 03:20
Hadisə səbəbilə QR 645 səfər saylı təyyarə Malaziyaya məcburi eniş edib.
Qətər hava yollarına aid Manila – Doha reysi ilə hərəkət edən təyyarənin pilotu hava ölüb. Baş vermiş hadisə səbəbilə QR 645 səfər saylı təyyarə Malaziyanın paytaxtı Kuala Lumpura məcburi eniş edib. Qeyd edək ki, təyyarə 2 saat sonra başqa bir heyətlə Dohaya hərəkət edib.
Pilotun ölüm səbəbi, habelə hadisə vaxtı uçuşda hər hansı bir risk olub-olmaması barədə isə məlumat verilməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: