Qərbi Azərbaycanda PKK əməliyyatı
27 Fevral 2010 Şənbə 18:05
İran təhlükəsizlik qüvvələri 4 terrorçunu məhv edib
İran təhlükəsizlik qüvvələri ölkənin şimal qərbində yerləşən Qərbi Azərbaycan bölgəsində PKK terror təşkilatına qarşı əməliyyat keçirib.

Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən silahlı qarşıdurmada 4 nəfər terrorçu ölü olaraq ələ keçirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində 4 ədəd "Kalaşnikov" avtomatı və üç ədəd əl qumbarsı müsadirə olunub. Öldürülən terrorçuların 27 iyul 2009-cu ildə Mahabadda polis qüvvələrinə qarşı olan hücumda iştirak edən şəxslər olduğu bildirilir.

Bununla belə İran təhlükəsizlik qüvvələri paytaxt Tehranda da PKK terror təşkilatının 3 üzvünü ələ keçirib. Onlara məxsus olan evdən isə 3 ədəd "Kalaşnikov" avtomatı, 12 kiloqram partlayıcı maddə və xeyli miqdarda nəğd pul ələ keçirilib.

İranda həmçinin ötən il Tehranda həyata keçirilən bir əməliyyat nəticəsində yaxalanmış Şirin Ələm Qulu adlı terrorçunun barəsində edam hökmü verilib. Şirin Ələm Qulu terror aktları təşkil etmək, silahlı basqın, adam qaçırmaq, İranın beynəlxalq təhlükəsizliyini hədələməkdə, terror təşkilatına yardım etmək məqsədi ilə narkotik ticarətində təqsirləndirirlir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar