Qərb üçün növbə Suriyaya çatdı
26 Mart 2011 Şənbə 01:34
ABŞ Suriya hakimiyyətindən müxalifətçilərə qarşı hücumları dayandırmağı tələb edir
ABŞ Suriya hakimiyyətindən müxalifətçilərə qarşı hücumları dayandırmağı və müxalifətlə siyasi dialoq qurmağı tələb edib. Amerika prezidentinin rəsmi nümayəndəsi Cey Karni bildirib ki, Birləşmiş Ştatlar Suriya hakimiyyətinin ölkə vətəndaşlarını hədələmək və xalq çıxışlarını yatırmaq cəhdlərinə dərindən təəssüflənir.
Qeyd edək ki, ötən gün Suriyanın bir neçə şəhərində hakimiyyətin və prezident Bəşər Əsədin əleyhinə aksiyalar keçirilib. Paytaxtda iki qrup aksiya keçirib, nəticədə həakimiyyətin tərəfdarlar və əleyhdarları arasında toqquşmalar baş verib. Bundan başqa, güd strukturları hakimiyyət əleyhdarlarının aksiyalarının qarşısını alıb. İlkin məlumatlara görə, azı 30 nəfər həlak olub.
Bir gün əvvəl Bəşər Əsəd ölkədə siyasi islahatların aparılacağını, eləcə də, 1963-cü ildən mövcud olan fövqəladə vəziyyətin ləğv ediləcəyini bildirib.
DOSTLARINLA PAYLAŞ: