Qərb ölkələri İranla bağlı gerçək xəbərləri yaymaqdan qorxurlar
31 Mart 2013 Bazar 13:18
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Belarusda keçirdiyi mətbuat konfransında bildirib.
“İran aprelin 5-6-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək nüvə müzakirələrində nüvə silahlarının yayılmasının qarşısının alınması müqaviləsinə (NPT) müvafiq olaraq öz haqlarını bərpa etməkdən söz açacaq”. APA-nın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Belarusda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, son müzakirələrdə Qərb məntiqli hərəkət etdi: “Bu vəziyyət isə iki tərəfin razılaşa biləcəklərini ortaya qoydu. Yəni bu gedişatın davam etməsi razılşamaya nail olmaq üçün zəmin yarada bilər. İran növbəti müzakirələrdə NPT müqaviləsinə uyğun olaraq haqlarını axtaracaq. Bu hüquq çərçivəsində həm İranın haqqı rəsmən tanınmalıdır, həm də irəli sürülən ittihamlar və anlaşılmazlıqlar ortadan qaldırılmalıdır”.

R.Mehmanpərəst deyib ki, Qərb ölkələri İranla bağlı gerçək xəbərləri yaymaqdan qorxurlar: “Onlar öz kütləvi informasiya vasitələri vasitəsilə başqa ölkələri nəzarət altına almağa və bu zaman müstəqil ölkələrlə əlaqədar gerçəkləri öz istədikləri şəkildə göstərməyə çalışırlar. Başqa sözlə, biz bu gün dünya ictimaiyyətinin ölkələrin xarici siyasətlərini təyin etdiyi bir dövrdəyik. Bu gün Qərb ölkələrinin İran mediasının xarici fəaliyyətlərindən narahat olmalarının bir səbəbi onların ölkəmizlə bağlı gerçəklərin dünyaya əks etdirilməsindən duyduqları qorxudur”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar