Qərb Belarusa təzyiq edə bilməyəcək
08 Aprel 2014 Çərşənbə Axşamı 18:49
Qərb siyasi dairələri artıq Belarusa təzyiqin nəticə vermədiyini və təzyiqlərin mahiyətini itirdiyini anlayır.
"Qərb siyasi dairələri artıq Belarusa təzyiqin nəticə vermədiyini və təzyiqlərin mahiyətini itirdiyini anlayır".
ANS PRESS-in məlumatına görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"Sevindirici haldır ki, Qərbin siyasi dairələrində gec də olsa Belarusa təzyiqin nəticə vermədiyini anlayıblar" - deyə may ayında Minskdə keçiriləcək Xokkey üzrə dünya çempionatının təhlükəsizlik məsələsinə dair Təhlükəsizlik Şurasının iclasında Aleksandr Lukaşenko bildirib.
Prezidentin sözlərinə görə, Qərb tərəfindən ona yeni münasibətlər və yanaşmalarin inkişafı üçün zənglər gəlməyə başlayıb. Lukaşenko bildirib ki, "Taktiki səbəblərdən bəzi Qərb siyasətçiləri media təzyiqinin ən müasir metodlardan istifadə edərək, Minskdə turnir ətrafında vəziyyəti acınacağlı hala salmağa çalışdı".
Aleksandr Lukaşenko bu yarışın belaruslar üçün idman tarixinin ən şərəfli bayramı kimi keçirmək arzusunda olduğunu deyib: "Bu, miqyasına və tədbirin əhəmiyyətinə görə möhtəşəm hadisədir. Belarus insanları və bütün dünyada xokkeyi sevən azarkeşlərə real idman bayramı yaşadacağıq".
DOSTLARINLA PAYLAŞ: