Qərarı eşidən məhkum məhkəmədə intihar etdi
30 İyun 2012 Şənbə 06:30
Merin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
ABŞ-ın Arizona əyalətindəki məhkəmələrdən birində intihar hadisəsi baş verib. Məlumata görə, iflas etmiş iş adamı Maykl Merin qərarın oxunmasından sonra ağzına qoyduğu naməlum bir şeylə intihar edib. Bir anda yerə yıxılan 53 yaşlı Merin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İflas etməsi səbəbilə borclarını ödəmək istəyən Maykl Merin bir neçə il əvvəl evini hərracda satışa çıxarıbmış. Merin daha sonra sata bilmədiyi evini yandırmış və bu səbəblə də onun barəsində 16 il həbs tələbi ilə məhkəmə iddiası qaldırılmışdı.

Qeyd edək ki, təyin olunmuş məhkəmə tibbi ekspertizası Merinin intihar edərkən nə udduğunu müəyyənləşdirməyə çalışır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar