Qədim Misir əsgərinin məktubunu oxumaq mümkün olub
07 Mart 2014 Cümə 00:32
1800 il qabaq gənc Misir əsgəri Avreli Polion tərəfidən yazılmış məktubunu oxumaq mümkün olub.
ANS PRESS-in məlumatına görə, o, Avropadakı Roma legionunda könüllü kimi xidmət edib.
Əsasən yunan dilində yazılmış məktubda Polion öz ailəsinə müraciət edib. Yazır ki, evdən cavab ala bilmədiyinə görə çox narahatdır və komandirindən icazə almağa çalışır ki, uzun yol qət edib doğmalarını görsün.
Çörək satıcısı işləyən anasına, bacısına və qardaşına yazır: “Mən dua edirəm ki, siz gecə və gündüz sağ və salamat olasınız, mən həmişə tanrılara sizə görə dua edəcəm. Mən sizə məktub yazmaqdan usanmıram, amma siz məni xatırlamırsınız”.
DOSTLARINLA PAYLAŞ: