Qədim gəminin qalıqları sahilə çıxdı
07 Sentyabr 2010 Çərşənbə Axşamı 17:50
Gəminin 385 il bundan əvvəl batdığı ehtimal olunur.
Baltik dənizi sahillərində qədim gəminin qalıqları sahilə çıxıb. “Delfi” agentliyinin yaydığı xəbərə görə, qalıqlar bir neçə gün bundan öncə tapılıb.
Mütəxəssislər ehtimal edir ki, sahilə çıxan gəmi 1625-ci ildə dənizdə batan 10 İsveç gəmisindən birinin qalıqlarıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: