Qəddafinin şəkli olan pullar tədavüldən çıxarılır
14 Yanvar 2012 Şənbə 15:38
Liviya Mərkəzi Bankı yekun qərar verib.
Üzərində keçmiş Liviya lideri Müəmmar Qəddafinin şəkli olan əskinaslar dövriyyədən çıxarılacaq. ANS PRESS-in “France-Presse” agentliyinə isinadən verdiyi məlumata görə, bu məlumatı ötən gün Liviya Mərkəzi Bankı yayıb.

Məlumatda pulların üzərində olan Qəddafinin şəklinin Liviya xalqına diktatorlu illəri xatırlatdığı, məhz bu səbəbdən belə bir addım atılmasına ehtiyac olduğu bildirilir. Liviyalılar artıq bu ilin 15 martından etibarən Qəddafinin əksi olan əskinasları yeniləri ilə dəyişə biləcəklər.

Xatırladaq ki, Müəmmar Qəddafi öən ilin fevral ayından Liviyada başlayan etirazların ardından bütün ölkəni bürüyən vətəndaş müharibəsi nəticəsində 2011-ci ilin oktyabr ayında öldürülmüşdü. Qəddafi 42 il idi ki, Liviyanı idarə edirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar