Liviyanın mərhum diktator lideri Müəmmər Qəddafinin qızı Ayşə qaldığı sarayı yandırıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Ayşə 2011-ci ilin avqust ayından Əlcazairdə sığınacaq alıb.
Bu ölkənin "Ennahar" qəzetinin ötən gün yayımlanan sayında 37 yaşlı Ayşe Qəddafinin əsəb böhranı keçirdiyi yazılıb. Qəddafinin daha öncədə əsəbiləşəndə qaldığı iqamətgahdakı mebellərə ziyan vurduğu, kitabları çırdığı və dövlət başçısı Əbdüləziz Buteflikanın tablolarını korladığı bildirilir.
Ayşə Qəddafinin Əlcazairdə qaçandan qısa müddət sonra qız uşağı dünyaya gətirdiyidə yayılan informasiyalar arasındadır.
Qeyd edək ki, "Interpol" Ayşə Qəddafi və qardaşı Hanibalı qırmızı blütenlə axtarır.