Qəddafinin oğlundan qiyamçılara şok rüşvət təklifi
20 Noyabr 2011 Bazar 03:59
O, azadlığı müqabilində 2 milyard dollar təklif edib.
Keçmiş liviya lideri Müammər Qəddafinin ötən gün həbs edilən oğlu Saif əl-İslam onu ələ keçirən qiyamçılara azadlığı müqabilində 2 milyard dollar təklif edib. Məlumatı “Əz-Zintan” telekanalı yayıb.

Telekanalın məlumatına görə, Saif əl-İslam Zintan şəhərindən olan qiyamçılara rüşvət tələb etsə də, onlar bundan imtina ediblər. Qiyamçılar keçmiş Liviya liderinin oğlunun təklifini “inqilaba qarşı təhqir” kimi qiymətləndiriblər.

Qeyd edək ki, Liviyanın müvəqqəti hökuməti Saif əl-İslamın Niger sərhədini keçməyə cəhd edərkən saxlanıldığı barədə məoumat yayıb. Bir neçə saat sonra keçmiş Liviya liderinin oğlu Zintan şəhərinə aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar