“Qəddafinin oğlu və üç nəvəsinin öldüyü yalandır”
26 May 2011 Cümə Axşamı 02:47
İtaliyanın baş naziri hər kəsin ölü bildiyi Saif əl Ərəb və üç azyaşlı xarici ölkələrdən birində olduğunu iddia edir
“NATO-nun hava zərbələri nəticəmində Liviya lideri Müammər Qəddafinin oğlu və üç nəvəsinin öldüyü barədə məlumatlar həqiqətə uyğun deyil”. Bu bəyanatla İtaliyanın baş naziri Silvio Berluskoni çıxış edib. Onun sözlərinə görə, belə məlumatlar Liviya rejiminin təbliğatından başqa bir şey deyil. “Qəddafinin kiçik oğlu Liviyada deyil və başqa ölkədə yaşayır. Üç nəfəsi də həmçinin”, - Silvio Berluskoni “Rai” telekanalındakı “Porta a Porta” verilişində bildirib. O, deyib ki, Müammər Qəddafinin oğlu və üç nəvəsinin sağ olması, eləcə də xarici ölkələrdən birində yaşaması barədə məlumatlar xüsusi xidmət orqanlarına məxsusdur.
Xatırladaq ki, dünya KİV-i Müammər Qəddafinin yeddi oğlundan birinin - 29 yaşlı Saif əl Ərəbin mayın 1-nə keçən gecə NATO qüvvələrinin Bab əl-Əziziyyə rayonuna endirdiyi hava zərbəsi nəticəsində həlak olduğu barədə məlumat yaymışdı. Məlumata görə, Qəddafinin üç nəvəsi - dörd aylıq Mastura, iki yaşlı Saif və üç yaşlı Kartaqo da həmin vaxt həlak olub.
DOSTLARINLA PAYLAŞ: