Qəddafinin nümayəndələri bu gün Moskvada olacaqlar
17 May 2011 Çərşənbə Axşamı 01:33
Liviya liderinin özü BMT-nin qətnaməsi ilə əlaqədar xaricə səfərlər edə bilmir
Liviya lideri Müammər Qəddafinin nümayəndələri mayın 17-də Moskvaya səfər edəcəklər. Onlar Rusiya rəhbərləri ilə Liviyadakı vəziyyəti müzakirə edəcəklər. Bu barədə məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib. BMT-nin qətnaməsinə görə Müammər Qəddafinin xarici səfərləri qadağandır.
Liviya qiyamçılarının da Rusiyaya səfəri gözlənilirdi. Lakin həmin səfər texniki səbəblərdən təxirə salınıb.
Rusiyanın XİN rəhbərinin sözlərinə görə, Msokva BMT Təhlükəsizlik Şurasının əsas tələbinin dərhal yerinə yetirilməsindən israr edəçcək. Söhət Liviya hakimiyyətinin dinc əhali arasında tələfata səbəb olan hərəkətlərdən çəkinməsindən gedir.
DOSTLARINLA PAYLAŞ: