Qəddafinin Meksika arzusu puç oldu
07 Dekabr 2011 Çərşənbə 23:34
Saadi Qəddafinin ailəsi üçün saxta sənədlər hazırlayan şəxslər həbs edilib.
Meksika rəsmiləri Müəmmar Qəddafinin oğlu Saadinin və onun ailəsinin gizli şəkildə Meksikaya keçirilməsi planının üstünü açıb. Meksikanın Daxili İşlər Nazirliyinin baş katibi Alexandro Poyre bildirib ki, planın birinci hissəsi saxta ad və sənədlər hazırlayaraq Qəddafi ailəsinə Meksika vətəndaşlığı verməkdən ibarət olub. Saxtakarlığın təşkilində görə 2 nəfər meksikalı, bir nəfər kanadalı və bir nəfər danimarkalı şübhəli bilinir.
Poyrenin sözlərinə görə, hazırlanmış plana əsasən həmin şəxslər Qəddafi ailəsinə Meksikada bank hesabı açmalı və onları mənzillə təmin etməli imişlər. Şübhəlilər planın birinci mərhələsini həyata keçirə bilsələr də, Qəddafi ailəsini ölkəyə keçirməyə nail ola bilməyib.
Poyre onu da bildirib ki, planın başçısı Sintya Vanyer adlı kanadalı olub. Baş katibin sözlərinə görə, qadın və digər şübhəli şəxslər həbs edilib. O bildirib ki, cinayətdə ABŞ-da yaşayan bir nəfər mesksikalı qadın da iştrak edib.
DOSTLARINLA PAYLAŞ: