Qəddafinin ən yaxın adamından şok iddia
27 Aprel 2014 Bazar 06:02
Liviyanın köhnə lideri Müammər Qəddafi haqqında şok iddianın doğru olduğu irəli sürülüb.
ANS PRESS-in xəbərinə görə, keçmiş Liviya lideri Müammər Qəddafinin anası Aişə xanımın yəhudi əsilli olması ilə bağlı iddiaların doğru olduğu bildirilir.

1997-2010-cu illərdə Müammər Qəddafinin şəxsi köməkçi işləyən Nuri əl-Mismari keçmiş liderin anası Aişə Qəddafinin yəhudi əsilli olduğunu vurğulayaraq, bu barədə məlumatı olanların şəxsən Qəddafinin əmri ilə öldürüldüyünü açıqlayıb.

2010-cu ildə rejimdən ayrılaraq Avropaya qaçan Mismari Londonda yayımlanan "Əl-Həyat" qəzetinə verdiyi xüsusi müsahibədə, Qəddafinin ən sadiq adamlarından Saleh Bu Fərvanın eyni səbəblə 1980-cı illərdə Rumıniyada öldürüldüyünü, Fərvaya Aişə Qəddafinin yəhudi olduğunu söyləyən Liviyanın Roma səfiri Əmmar Zunun da sirli bir sui-qəsd qurbanı olduğunu söyləyib.

Qeyd edək ki, Müammər Qəddafi Liviyada 42 il diktatorluq rejimindən sonra 2011-ci ilin oktyabrında dəhşətli şəkildə öldürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar