Qəddafinin dul arvadı onun meyitini tələb edir
22 Oktyabr 2011 Şənbə 11:33
Mən ərimin və oğullarımın rəşadəti ilə fəxr edirəm.
İki gün əvvəl həlak olan Liviyanın keçmiş lideri Müammər Qəddafinin dul arvadı Safiyə Farkaş ərinin meyitini tələb edir. Bu barədə məlumatı İraqın “Ər-Ray” telekanalı yayıb.

Müammər Qəddafinin arvadı BMT-yə və digər beynəlxalq institutlara müraciət edərək, Liviyada hakimiyyəti ələ almış Milli Keçid Şurasına təzyiq göstəriməyə çağırıb. Onun sözlərinə görə, yeni hökumət polkovniki və həlak olmuş tərəfdarlarının meyitlərini yaxınlarına təhvil verməlidir.

Safiyə Farkaş bəyan edib ki, Qəddafinin ailəsi Liviya liderinin, oğlunun və dostlarının ölümü ilə bağlı araşdırma aparılmasını vacib sayır.

“Mən 40 ölkə və onların casuslarına altı ay müqavimət göstərmiş döyüşçü ərimin, oğullarımın rəşadəti ilə fəxr edirəm. Bu mübarizə həlak olanların şəhid hesab olunmasına imkan verir”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar