Qəddafi Türkiyənin baş nazirini sevirmiş
28 Fevral 2011 Bazar Ertəsi 19:53
Uluç Özülker: "O, Tansu Çillərə vurğun idi".
Bu yaxınlarda Liviya diktatoru Müəmmar Qəddafinin Türkiyə tarixində yeganə qadın baş nazir olan Tansu Çillərə olan vurğunluğu məlum olub. Türkiyənin Liviyadakı keçmiş səfiri Uluç Özülkerin sözlərinə inansaq, Tripolidə minlərlə dinc insanı kütləvi şəkildə qətlə yetirən Qəddafi Tansu Çillərə xüsusi rəğbət bəsləyirmiş. Onun sözlərinə görə, 1994-cü ildə Türkiyə baş nazirini Liviyaya dəvət edən Qəddafi Tansu Çillərlə təkbətək görüş keçiribmiş. Həmin vaxt tərəflərin görüşü təxminən bir saat davam edibmiş.

“Qəddafi Tansu Çillərə rəğbət bəsləyirdi. Demək olar ki, ona vurğun idi. O deyirdi ki, Çillər müsəlman qadınının simvoludur. Liviya diktatoru sabiq baş nazirinin nə vaxtsa Türkiyə prezidenti olmasını arzulayırdı”,- deyə Uluç Özülker "Taraf" qəzetinə bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar