Qəddafi terrorçulara intiqamı üçün 28 mln dollar verib
08 Noyabr 2011 Çərşənbə Axşamı 15:37
Liviya liderinin Tripolidəki iqamətgahında beynəlxalq terrorçuların görüşü olub.
Liviyanın sabiq lideri Müəmmar Qəddafi sağ ikən ərəb və Avropa ölkələrindən Liviyada rejiminin devrilməsinə görə intiqam almağı planlaşdırırmış. Altı ay bundan qabaq Qəddafinin Tripolidəki iqamətgahında beynəlxalq terrorçuların görüşü olub. Bu zaman keçmiş Liviya lideri "rejimin süqutundan sonra intiqam" adlı plan təklif edib. Bu barədə Asharq Al-Awsat qəzeti məlumat yayıb.

Bu plan Liviyada, həmçinin Liviyada üsyanı dəstəkləyən ərəb və Avropa ölkələrində terrorların həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün Qəddadi 28 mln dollar ayırıb. Bu barədə Ərəb əmək təşkilatının keçmiş baş katibi İbrahim Kuveydir bildirib.

"Altı ay bundan əvvəl Babəl-Əziziyədəki iqamətgahda Qəddafi beynəlxalq terrorçuların iştirakı ilə görüş təşkil etdi. Görüş zamanı Qəddafi "rejimin süqutundan sonra intiqam" adlı plan təklif etdi", deyə Kuveydir qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar