“Qəddafi rejimi sona yaxınlaşıb, amma mübarizə davam edir”
23 Avqust 2011 Çərşənbə Axşamı 02:05
“ABŞ dünya ictimaiyyəti ilə birlikdə yeni Liviyanın dostu və müttəfiqi olacaq”
“Mübarizə hələ bitməyib… Bəzi rayonlarda rejim göstərdi ki, mübarizəni davam etdirir. Lakin Qəddafi rejiminin sona yaxınlaşdığı aşkardır”. Bunu ABŞ prezidenti Baka Obama xalqa audio müraciətində Liviyanın paytaxtı Tripolinin qiyamçılar tərəfindən ələ keçirilməsindən danışarkən bildirib.
Barak Obama özünün, eləcə də Ağ ev, Dövlət Deparatmenti və Pentaqonun bəyanatlarında artıq səslənmiş əsas tezisləri bir daha təkrarlayıb. “Müxalifət və Milli Keçid Şurası demokratiyaya dinc, ədalətli və qansız keçidi reallaşdırmalı, bütün liviyalıların maraqlarına hörmətlə yanaşmalıdır. ABŞ dünya ictimaiyyəti ilə birlikdə yeni Liviyanın dostu və müttəfiqi olacaq. Mən öz komanadma NATO və BMT ilə daim təmasda olmağı tapşırmışam”, - ABŞ prezidenti deyib.
Barak Obama xatırladıb ki, ABŞ Milli Keçid Şurasını çoxdan Liviyanın legitim hakimiyyəti kimi tanıyıb. O, bəyan edib ki, Müammər Qəddafi öz vətəndaşlarına qarşı zorakılıq kampaniyası aparan tirandır.
ABŞ prezidenti söz verib ki, Amerika Liviya vətəndaşlarının lazımi humanitar yardımı almasına izləyəcək.
Qeyd edək ki, Barak Obama məzuniyyətdədir və Massaçusets ştatında istirahət edir.
DOSTLARINLA PAYLAŞ: