Qəddafi qoşunlarının Misrataya hücumu zamanı azı 30 qiyamçı öldürüldü
10 Aprel 2011 Bazar 05:05
Amma hökumət qüvvələri şəhəri üsyançıların əlindən ala bilməyib.
Liviya lideri Müammər Qəddafinin hökumət qoşunlarının müxalifətin nəzarət etdiyi Misrata şəhərinə hücumu zamanı azı 30 qiyamçı öldürülüb. Bu barədə məlumatı “Reuters” agentliyinə qiyamçılardan biri verib. “Bu gün onlar (Qəddafinin qoşunları) Misrataya üç cəbhədən hücuma keçdilər. Tibbi işçiləri və digər üsyançılar mənə dedilər ki, bu gün Misratada azı 30 nəfər qətlə yetirilib”, - deyə o bildirib. Qiyamçının sözlərinə görə, hücumun qarşısı alınıb və hökumət qoşunları şəhəri ələ keçirə bilməyib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar