Qəddafi ortaya çıxdı
08 Sentyabr 2011 Cümə Axşamı 10:55
Canlı efirə bağlanan Liviya lideri ölkəsində olduğunu deyib
Uzun müddətdir harada olduğu bilinməyən Liviya lideri Müəmmar Qəddafi ortaya çıxıb. ANS PRESS-in "CNN Türk"ə istinadla verdiyi məlumata görə, Qəddafi Suriya televiziyası ola "Arrari"nin canlı efirinə telefonla bağlanıb. O, Liviyadan zəng etdiyini və müxalifəti məğlub edəcəyini deyib.

Liviya lideri qısa müddətli danışığı zamanı tərəfdarlarının müxalifəti və ölkəsinə hava hücumları edən NATO-nu məğlub etmək üçün hərəkətə keçəcəyini bəyan edib. "Gənclər indi Tripolidəki siçanlara (müxalifət) qarşı mübarizəni yüksəltmək və muzdlu əsgərləri məhv etməyə hazırdırlar. NATO-nu məğlub edəcəyik və NATO Liviya xalqı tərəfindən rədd ediləcək".

Qeyd edək ki, Qəddafinin sözçüsü daha öncəki açıqlamalarındada ölkə rəhbərinin Liviyada olduğunu və əhval ruhiyyəsinin yüksək olduğunu açıqlamışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar