Qəddafi Liviyanı tərk etməyə hazırlaşır?
17 Avqust 2011 Çərşənbə 21:50
Cənubi Afrikadan Tripoliyə iki "Airbus" təyyarəsi gəlib
Müəmmər Qəddafi xəstədir və hakimiyyəti Baş Xalq Ədliyyə komitəsinin katibi Məhəmməd Əmxama əl-Kamudiyə təhvil verərək Liviyanı tərk etməyə hazırdır. Bunu Liviya Silahlı Qüvvələrindəki mənbə deyib. Mənbənin məlumatına görə, bunun üçün Liviya lideri bir neçə şərt irəli sürüb: “Ölkədə dərhal müharibə dayandırılmalıdır, NATO təyyarələri bombardmanlara son qoymalıdır”.
İddia olunur ki, Qəddafi yalnız bu tələblər yerinə yetirildikdən sonra ailəsi ilə birlikdə ölkəni tərk edəcək. Məlumata görə, Cənubi Afrikadan Tripoliyə 2 “Airbus” təyyarəsi gəlib. Onlardan biri boşdur. Ehtimallara görə, həmin təyyarədə Qəddafi öz ailəsi və yaxın ətrafı ilə birlikdə Venesuelaya uçacaq.
Bəzi mənbələr hətta iddia edir ki, Qəddafi yaxın köməkçilərindən olan Bəşir Salehi Britaniya və Fransa rəsmi nümayəndələri ilə müzakirələr aparmaq məqsədilə Maliyə göndərib.
DOSTLARINLA PAYLAŞ: