Qəddafi boğularaq öldürülüb?
21 Oktyabr 2011 Cümə 14:39
Liviyanın qətlə yetirilmiş liderinin son anlarının görüntüsü yayılıb.
Ötən gündən bəri bütün dünya Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin hansı şəraitdə öldürüldüyünü mazakirə edir. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Qəddafinin ölümü ilə bağlı versiyalar arasında ən maraqlısı onun boğularaq qətlə yetirilməsi ilə bağlıdır. Məlumata görə, Qəddafi üsyançıların Sirt şəhərinə hücumu zamanı hər iki ayağından və başından yaralansa da qaçmağa çalşırmış.

O, hətta sürünərək Sirt şəhərinin qərbində yerləşən kanalizasiya borularınadək gəlib çıxıb və orada gizlənib. M. Qəddafi gizləndiyi yerdən çıxarıldıqdan sonra üsyünçılar onu necə öldürəcəkləri ilə bağlı xeyli mübahisə ediblər. Bəziləri onu işgəncə ilə öldürməyin tərəfdarı olsalar da, digərləri Qəddafinin sağ saxlanılamasını istəyiblər. “Youtube” videopartalında hətta ,Qəddafinin son anlarının videgörüntüsü də öz əksini tapıb.

Videoçarxda M.Qəddafi üzünü liviyalılara tutaraq müraciət edir: “Övladlarım siz məni öldürürsünüz? Siz günah işlədirsiniz. Bu mənəm, Qəddafi, sizin lideriniz”. Ancaq verilən məlumatda bildirilir ki, üsyançılar Qəddafinin çağırışlarına məhəl qoymayaraq onu boğaraq qətlə yetiriblər. Qəddadinin dəfni də bir neçə gün təxirə salınıb. Liviyanın neft naziri Əli Tarxuninin verdiyi məlumata görə, bunun üçün müvafiq yer seçilməlidir. Qeyd edək ki, 42 Liviyaya rəhbərlik etmiş Qəddafi oktyabrın 20-də üsyançıların Sirt şəhərinə hücumu nəticəsində öldürülüb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar