Qəddafi BMT-yə müracət edib
05 Mart 2011 Şənbə 18:16
Liviya hakimiyyəti sanksiyaların ləğv edilməsini istəyir.
Liviya hakimiyyəti BMT-nin Təhlükəsizlik Şurasını Müəmmar Qəddafi və bütün ölkə rəhbərliyinə qarşı tətbiq etdiyi qadağaların dayandırılmasını istəyir. Bu barədə “Əl–Ərəbiyyə” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Liviyada Qəddafi tərəfdaşları ilə dinc əhali arasında baş verən toqquşmalar zamanı iki mindən artıq insan həlak olub. Məhz bundan sonra BMT Liviyada baş verənlərin qarşısını almaq üçün fevral ayının sonundan etibarən bu ölkəyə qadağaların tətbiq olunması haqda qərar qəbul edib.

Belə ki, Liviya Xarici İşlər Nazirliyinin BMT TŞ-yə ünvanlanmış məktubunda bildirilir ki, nümayişçilərə qarşı “zərrə” qədər güc tətbiq olunub. Qeyd edək ki, bu, Liviyanın ona qarşı tətbiq edilən qadağalara ilk rəsmi reaksiyasıdır.

Xatırladaq ki, Liviyada ölkəyə 40 ildən çox rəhbərlik etmiş Müəmmar Qəddafinin istefası tələbi ilə fevralın 15-dən kütləvi etiraz aksiyaları keçirilir. Beynəlxalq təşkilatların məlumatına görə, Liviyadakı toqquşmalarda 6 minə yaxın insan həlak olub. Bundan əlavə təqribən 200 min adam ölkəni tərk edib, daha 200 min isə sərhəddə toplaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar