Qəddafi Avropanı hücumlarla hədələdi
02 İyul 2011 Şənbə 00:51
Qəddafi: “Biz Avropaya çəyirtkə, arı dəstəsi kimi girəcəyik”.
Liviya lideri Müammər Qəddafi NATO Liviyadakı əməliyyatını dayandırmasa, Avropa ərazisinə hücumlarla hədələyib. Məlumatı “Associated Press” agentliyi yayıb. “Liviyalılar günlərin birində döyüş meydanını Avropa keçirmək iqtidarındadırlar. O zaman sizin evlərinip, ofisləriniz, ailələriniz hərbi hədəfə çevriləcək. Necə ki, indi bizim evlərimizin sizin hədəfinizdədir”, - Liviya lideri Qərbö ölkələrinə xəbərdarlıq edib.
Müammər Qəddafi bunları paytaxt Tripiolinin əsas meydanına toplaşan minlərlə tərəfdarına audiomüraciətində deyib. Hakimiyyət tərəfdarlarının ötən gün keçirilən aksiyası son həftələrin ən kütləvi tədbiri olub.
“Biz də sizinlə siz bizimlə rəftar etdiyiniz kimi edəcəyik. Əgər qərar qəbul olunsa, biz Avropaya çəyirtkə, arı dəstəsi kimi girəcəyik. Sizə fəlakətlə qarşılaşmamaq üçün ölkəmizdən rədd olmağı məsələhət görürük”.
Müammər Qəddafi Liviya qiyamçılarını “satqın” adlandırıb və tərəfdarlarını Fransanın qiyamçılara göndərdiyi silahları ələ keçirməyə çağırıb.
Xatırladaq ki, bu günlərdə Fransanın qiyamçılara 40 ton silah, o cümlədən, tan əleyhinə raketlər göndərdiyi məlum olub. Fransa tərəfi də bunu etiraf edib. Beləliklə, rəsmi Paris Liviya üsyançılarını silahlandırdığını etiraf edən ilk NATO ölkəsi olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: