Qəddafi = 50 min ölüm
06 Dekabr 2011 Çərşənbə Axşamı 15:25
Üsyanın acı nəticələri üzə çıxmaqdadır.
Liviyada 42 illik hakimiyyətinə son qoyulan Müəmmar Qəddafi rejiminin devrilməsi ilə bağlı baş qaldıran üsyanın acı nəticələri üzə çıxmaqdadır. ANS PRESS "Heberler" portalına istinadən xəbər verir ki, Liviya Yaralılar və Şəhidlər naziri Əbdürrəhman Əl Kısa ölkə daxilində hər keçən gün yeni kütləvi məzarlıqların tapıldığını bildirib. Onun sözlərinə görə, bu səbəbdən qarşıdurmalarda neçə adamın həyatını itirdiyini təyin etmək mümkün deyil, ancaq bu rəqəm təxminən 50 mindir. Nazirin sözlərinə görə, yaralıların sayı da ən azı 25 min nəfərdir.

Qəddafi dünyadakı bütün terror təşkilatlarını dəstəkləyirdi

"Əldə etdiyimiz sənədlərdə gördük ki, Qəddafi dünyadakı bütün terror təşkilatlarını dəstəkləyirdi. Afrikadakı vətəndaş müharibələrinin arxasında həmişə Qəddafi olub. Bir qarşıdurma olanda hər iki tərəfə də dəstək verər, tərəfləri bir-birinə qarşı qırdırardı. Məsələn, Sudanın bölünməsini o təmin etdi. Qəddafi daha əvvəl ölmüş olsaydı, Sudan bölünməyəcəkdi. Önümüzdəki günlərdə görəcəksiniz, Qəddafidən sonra Afrika, tarixində görmədiyi sabitliyə qovuşacaq", deyə Yaralılar və Şəhidlər naziri Əbdürrəhman Əl Kısa bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar