Torpağın baha olması tikinti şirkətini qeyri-adi metoda əl atmağa məcbur edib
Çinin Tayyuan şəhərinin Şansi vilayəti qədim yerlərdən biridir. ANS PRESS-in məlumata görə, burada insanlar 500 ildir ki, məskən salıb. Qədimdə bu şəhər olduqca strateji məkan olub. Bu gün isə böyük iqtisadi əhəmiyyət daşıyır.
Tayyuanın əhalisi 4 milyon nəfərə çatıb. Amma burada torpağın qiyməti çox bahadır. Buna görə də bir tikinti şirkəti qəbiristanlığın yerində hündürmərtəbəli bina tikmək qərarına gəlib. Hətta burada yaşayacaq insanlara şirkət kompensasiya olaraq, yaxınlarının qəbirlərini başqa qəbiristanlığa köçürməyə köməklik edəcək.