"Qazprom" Minskdən "qaz pulu"nu tələb edir
17 İyun 2009 Çərşənbə 21:50
Belarus Moskvaya 230 milyon dollar ödəməlidir

 

Rusiyanın "Qazprom" şirkəti Belarusdan qaz tədarükünə görə yaranan 230 milyon dollar borcunu tələb edib. ANS PRESS-in “BBC”yə istinadən yaydığı xəbərə görə, bu barədə Rusiya Federasiyasının Minskdəki səfirliyinin nümayəndəsi bildirib.

Xatırladaq ki, bu günlərdə Rusiya Belarusdan süd məhsullarının idxalına qadaga qoymuşdu. Bu da rəsmi Minskin ciddi narazılığına səsəb olub. Aparılan danışıqlardan sonra Moskva qadağanın tezliklə aradan götürüləcəyini vəd etməklə yanaşı "mavi yanacag"a görə Minskdən borcunu tələb etməyi məqsədəuyğun sayıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar