“Qazprom” İrandan Ermənistana neft məhsulları nəql edəcək
01 İyun 2010 Çərşənbə Axşamı 15:05
Rusiyanın “Qazprom” şirkəti İran-Ermənistan neft məhsulları kəmərinin yaradılması layihəsində iştirak etməyi planlaşdırır.
“APA-ECONOMICS”in “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə “Qazprom”un İdarə Heyətinin sədr müavini Valeri Qolubev açıqlama verib.
Onun sözlərinə görə, kəmərin tikintisi ilə “Qazprom”un törəmə müəssisəsi olan “Armrosqazprom” məşğul olur. Kəmər İranın Təbriz şəhərindən Ermənistanın Erasx şəhərinə çəkiləcək. Hazırda İran-Ermənistan işçi qrupu kəmərin diametrini müəyyənləşdirir. Kəmərin tikintisi qiymətləndirmə işləri başa çatdıqdan sonra başlayacaq.
Kəmərin ilkin qiyməti 200-240 mln. dollar qiymətləndirilir. 2007-ci ildə açılmış İran-Ermənistan qaz kəmərinin infrastrukturundan tikinti zamanı istifadə ediləcək. bu kəmərin səhmlərinin 45%-i, “Armrosqazprom”un isə 80%-i “Qazprom” şirkətinə məxsusdur. APA
DOSTLARINLA PAYLAŞ: