Qazaxıstanın adı dəyişdiriləcək
06 Fevral 2014 Cümə Axşamı 23:28
Bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Atırau vilayətinə səfəri zamanı bildirib.
Qazaxıstanın adı müəyyən müddətdən sonra "Qazax eli"nə çevrilə bilər. ANS PRESS Qazaxıstanın "Nur" agentliyinə istinadən bildirir ki, bu barədə ölkə prezidenti Nursultan Nazarbayev bildirib.

"Mərkəzi Asiyanın başqa öləkələrində olduğu kimi bizim ölkənin də adında "stan" şəkilçisi var. Xaricilər iki milyon əhalisi olan Monqolustana xaricilər daha çox maraq göstərir, onun adında “stan” yoxdur (ad monqolca “Monqol uls”dur - red.). Mümkündür ki, müəyyən müddətdən sonra ölkənin adı "Qazax eli" olsun, amma ilk öncə bunu xalqla müzakirə etmək lazımdır", - deyə Qazaxıstan prezidenti Atırau vilayətinə səfəri zamanı bildirib.

Nazarbayev vurğulayıb ki, "ölkəmizdə birlik və tolerantlıq davam etdikcə qarşımıza qoyduğumuz bütün məqsədlərə çatacağıq",- deyə dövlət başçısı vuruğulayıb.

"Bizim üstünlüyümüz çoxmillətli olmağımızdadır", - deyə Nazarbayev bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar