Qazaxıstandadövlət qurumlarında namaz qılmaq qadağan olundu
14 Oktyabr 2011 Cümə 12:12
Bu qərar "islam radikalizminin kökünün kəsilməsi" tədbirlərinin tərkib hissəsidir.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət qurumlarında namaz qılmağı qadağan edən qərarı imzalayıb. Milli.az -ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu qərar "islam radikalizminin kökünün kəsilməsi" tədbirlərinin tərkib hissəsidir.
Qeyd edək ki, Qazaxıstanın 16 milyondan artıq əhalisinin 70%-ini müsəlmanlar təşkil edir. Hökumət islam ekstremizmini dövlətin təhlükəsizliyi üçün problem elan edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: