Bu gecə Qazaxıstanın cənub-şərqində zəlzələ baş verib. Zəlzələnin episentri Almatadan şimal-şərqdən 230 km aralıda olub. Ölkənin Fövqəladə Hallar Nazirliyindən İtar-Tassa verilən məlumata görə, yeraltı təkanların gücü 3-4, Taldıkerqan şəhərində 5-6, episentrdə isə 6-7 dərəcəyə çatıb.
Qazaxıstanın Seysmologiya İnstitutunun məlumatına əsasən güclü təkanlar dağıntıya səbəb olmayıb. /ANSPRESS/